Uğureldə döyüş söylənci
Uğureli tapdamışdı Çinelli,Yel də qapar yiyəsizdən nə gəldi.Təbəteldən gəlmişdilər yardıma,Yel də qapar yiyəsizdən nə gəldi.
Yur qalmışdı ondan, bundan asılı,Getmişdilər Misirelə hamılı,El qancılla vuruşsa da, basılıb,Yel də qapar yiyəsizdən nə gəldi.
Ana, bala, arvad, uşaq qırılıb,Qapı-baca, ev soyuyub, yarılıb,Mal-qarası Çinçayelə sürülüb,Ölən ölüb, qalanlarsa yorulub,Yel də qapar yiyəsizdən nə gəldi.
Sayan, Tantan yürüş etdi azqına,Təbətelli basqın etdi basqına,Son qoysa da qanlı qorxunc qırğına,Çinellilər əl atdılar yanğına,Yel də qapar yiyəsizdən nə gəldi.Sayan dedi: – Bu vuruş yox qırğındır,Bura lapdan basqın edən satqındır,Uğurellə Təbət lap yaxındır,Bizim toplum yarı-yarı qadındır,Yel də qapar yiyəsizdən nə gəldi.
Ilk vuruşda Sayan ağır yaralı,Qan itirib, üzü, gözü saralıb,Tantan ondan çox-çox düşüb aralı,Yel də qapar yiyəsizdən nə gəldi.
Yanır meşə, yanır kol-kos, ev, çəpər,Tunq hardasan, gəl, gör nə var, gör nələr,Bir yaraqlın on çinliyə güc gələr,Tez gəl, çatdır sən özünü birtəhər,Yel də qapar yiyəsizdən nə gəldi.
Heysiz Sayan dağ yoluna baxırdı,O, Tunqəri son uduqda çağırdı,Kimsə onu boğazlayıb, boğurdu,Tunqər gəldi, nərildəyib, bağırdı,Gözlərində sanki şimşək çaxırdı,Yel də qapar yiyəsizdən nə gəldi.
Çinellilər eşitdilər Tunq gəlib,Ilk vuruşda acıqandan yüz ölü,Hamı Tunqu yenilməyən güc bilir,Bir qılıncla neçəsini tən bölür,“Qaçaq-qaçaq, gözü qanlı Tunq gəlir”,Yel də qapar yiyəsizdən nə gəldi.
Sayan Tunqun qoruyaraq dalını,Üzdü qancıl quldurların qolunu,Kəsdi Çinə qaçanların yolunu,Yel də qapar yiyəsizdən nə gəldi.
Çıxdı Çinin yüzbaşısı qabağa,Dedi: – Acıq, daraşmışıq otdağa,Bıçaq gəlib dayanıbdır qırtlağa,Çörək üçün biz qalxmışıq ayağa,Sarılmışıq atda-butda yarağa,Yel də qapar yiyəsizdən nə gəldi.
Tunqər dedi: – Siz uğursuz quldursuz,Nə Çinlisiz, nə Minelli, qatırsız,Siz kimsizsə, içdən, çöldən qotursuz,Hara gəldi daraşırsız, çapırsız,Yel də qapar yiyəsizdən nə gəldi.
Uğurelin yiyəsi var, eli var,Əkbitəndə, Uruyerdə əli var,Daşı dələn, daşdan keçən dili var,Acıqanı süpürtdəyən seli var,Yel də qapar yiyəsizdən nə gəldi.
Al, bu oxdur, bu biridir, bu dördü,Yüzbaşının döş-başını ox örtür,– Get, sonevdə danışarsan nə gördün,Indi dayan səni görüm yanpörtü,Yel də qapar yiyəsizdən nə gəldi.
Iki yerə parçalanır yüzbaşı,Sonra yerdə dığırlanır boş başı,Sonra göydə lapdan bir səs dolaşır:“Qaçın bitdi Tunqla quldur savaşı”,Yel də qapar yiyəsizdən nə gəldi.
Yandı elin ev-eşiyi, taxılı,Çox qapılar qaldı bağlı, qapalı,Ancaq Turqər qovdu, qırdı qancılı,
Basar çıxdı Mindiyarın oğulu,Yel də qapar yiyəsizdən nə gəldi.Tunqər qırdı, qovdu, çatdı Çinçaya,Çıxdı onun qabağına el-oba,Dedilər ki, qonaq qalsın Tunq ata,Yel də qapar yiyəsizdən nə gəldi.
Dedilər ki, burdan qovsun qulduru,Burada da onlar çox kənd yandırıb,Qopart bizim yaxamızdan andırı,Yel də qapar yiyəsizdən nə gəldi.
Sayan Tunqu Təbətelə gətirdi,Onlar üç gün Tantangildə oturdu,Ayrılığı yol üstündən götürdü,Yel də qapar yiyəsizdən nə gəldi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-ugurelde-doyus-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qız toplumu meşəlikdə busurdu,Min yaraqlı gizlənmişdi susurdu,
Ana söylənciBir gün Tunqər anasıyçin darıxdı,Çox yaraya toxdaq-dərman anadır.
Görüş söylənciUğureldə yerinc idi Elçiçək,Qıtlıq olmur qadın yerinc olanda.
Hindellə Uğurel söylənciSevgililər dağda, düzdə ovdaydı,Hər bir şeyi kəsi vermə sevgiyə.
Стихи других поэтов
Vardır həqiqi dostlarım –Çıxarmayıblar yadlarından vətəni.
به جای هر سر مویی گرم بود جانیفدای خاک کف پای چون تو جانانی
روضة المذنبین احمد جامآن نهنگ محیط بحر آشام
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,