Turq yatmışdı, ağır nəfəs alırdı,
Tanrı, özün eloğluna yardım et.
Turq hərdənbir zarıyırdı, qusurdu,
Tanrı, özün eloğluna yardım et.
Turq olmasa Mindiyarı udarlar,
Bu ölkənin lap sonuna çatarlar,
Alıb onu özlərinə qatarlar,
Tanrı, özün eloğluna yardım et.

Böyük tanrı, güc ver Turqa, yaşaya,
Qızçiçəyəm, pisliklərə qarşıyam,
Yeraltının, Yerüstünün quşuyam,
Tanrı, özün eloğluna yardım et.

Qızçiçəyəm, sevdim insan oğlunu,
Mən çatlatdım pisliklərin bağrını,
Mən yalana qarşı qoydum doğrunu,
Tanrı, özün eloğluna yardım et.

Mən çağırdım onu Alpis çölünə,
Tanrı, məni üzüqara eləmə,
Turqu sağalt, qaytar doğma elinə,
Tanrı, özün eloğluna yardım et.


Ana südü-çörək olsa sağalar,
Kim olsa da ana, yenə tanrıdır.
Bir qırıq da olsa çörək, sağaldar,
Kim olsa da ana, yenə tanrıdır.

– Nə xurcunda, nə qurşaqda çörək var,
Ana qurdun südü vardır, sağaldar,
Sağın, görüm qurd südündən nə olar,
Kim olsa da ana, yenə tanrıdır.

Ana qurdu sağdı ana Qızçiçək,
O sağalar, ya sağalmaz, nə bilmək?
İsti süddən hər gün içsin Turq gərək,
Kim olsa da ana yenə tanrıdır.

Yol getdilər beş ay, on ay, il keçdi,
Turq ayıldı, hər gün üç yol süd içdi,
Bir il, beş ay atlar çapdı, yol ölçdü,
Kim olsa da ana, yenə tanrıdır.

Yerüstündə əsməkdəydi yel, külək,
Ancaq nədən yox olmuşdu Qızçiçək?
Ana qurdla Turq qalmışdı təkbətək,
Kim olsa da ana, yenə tanrıdır.


Çiçəklənib sağalmışdı Mindiyar,
Hər ölkənin yey başçısı tanrıdır.
Uşaq, körpə sağlam idi, oynağan,
Hər ölkənin yey başçısı tanrıdır.

Turqun qızı böyümüşdü, beş ildə,
Çil-çilliyi nə üzündə, nə əldə,
Ona gözəl söylədilər çox eldə,
Hər ölkənin yey başçısı tanrıdır.

Ad qoymuşdu ellər ona, Elçiçək,
On yaşında qaplan idi, kəpənək,
Oğlanlarla süpürləşmək, güləşmək,
Hər ölkənin yey başçısı tanrıdır.

Elçiçəyi evdə görmək olmurdu,
Bir anlığa o, bir yerdə qalmırdı,
Oynağan qız öyüd-möyüd bilmirdi,
Hər ölkənin yey başçısı tanrıdır.

Turq elləri dolanmaqdan doymurdu,
Şimşəkatı darıxmağa qoymurdu,
Hər gələni, hər gedəni saymırdı,
Hər ölkənin yey başçısı tanrıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви

Getdi

Adəm ata, Həvva gəldi,Dünya səndə qaldı, getdi.

Аг Ашуг Аллахверди1 мин
Bu dünya

Bu dünya,bu Yer kürəsi

Вагиф Самедоглу1 мин
Uzun dərya

Bəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.

Безымянные народные поэты3 мин
Tarixi-Cədidi Qarabağ

MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.

Мирза Рагим Фена5 мин