Deyirsən: “Sevmirəm, çəkil yolumdan...”Bəs keçən il mənə dil niyə verdin?!İlk bahar çağında çıxıb qarşıma,Qızara-qızara gül niyə verdin?!

Gəl oxu eşqimin can kitabını,Qırma, ürəyimin qırma, sapını.Bir zaman üzümə açıb qapınıGüllü bağçanızdan yol niyə verdin?

Dindirsəm bu yerdə indi hər kimi,Deyəcək dərdimin sənsən həkimi.Əgər sevmirdinsə, xatirə kimiİpək saçlarından tel niyə verdin?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе