Qalsın
Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,Nə də könlümdə, gözümdə acı həsrət qalsın.Gəl vəfasız, demə, bəsdir, səni candan sevənə,Qoymaram bir daha üstümdə bu töhmət qalsın.Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünüDeyirəm, ölkədə haqqında bu söhbət qalsın.Son verək gəl bu şikayətlərə; səndən, məndən,Dərdə dözmək cavan aşiqlərə adət qalsın.Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,Ürəyim qəbrə qədər səndə əmanət qalsın.Gəl, Süleyman o qızılgül dodağından öpsün,Torpaq altında da ağzında bu ləzzət qalsın!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-qalsin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Arzum gül açır mən sola dönsəm, sağa dönsəm,Eşqim dil açır mən sola dönsəm, sağa dönsəm.
Vəsiyyətvari bir şeyTəkcə balam, yaxın gəl, yaxşı qulaq as mənə,Qoy söyləyim atamdan nə qaldı miras mənə.
AparsınVəslin evinə qoy məni hicranım aparsın,İllər boyu hicrana dözən canım aparsın.
Barışa bilməzEy afət, sanma ki, yaralı könlüm,Dərdini aləmə danışa bilməz.