Əziz qardaşım Abbas Zamanova

Salam, ey qəhrəman, ey şanlı Ərkim!Başı tarix boyu tufanlı Ərkim!

Həqiqətlər dil açmış hər daşında,Məhəbbətlər dil açmış hər daşında,Cəsarətlər dil açmış hər daşında,Səni sarsıtmadı basqınlar, Ərkim!Bunu bilsin gərək azğınlar, Ərkim!

Qara əllər çəkinsin hiddətindən,Səni candan yaratmış millətindən,Bütün dünyaya bəlli qeyrətindən,Yaran bağrımdakı yaramdır, Ərkim!Ürək ağrımdakı yaramdır, Ərkim!

Yol olsaydı, var ol bəxtim deyərdim,Gəlib bir gün, sənə mütləq deyərdim,Önündə ehtiramla baş əyərdim,Əzizlərdən əziz Ərkim, can Ərkim!Təmizlərdən təmiz Ərkim, can Ərkim!

Görüşdük biz səninlə Təbrizimdə,Qalıb orda yəqin az-maz izim də,Deyil sənsiz gecəm də, gündüzüm də,Sən ey sansız yarayla canlı Ərkim,Mənim məğrur, azərbaycanlı Ərkim!

Səni xatırlaram həsrətlə hər gün,Çatır mən şairə qardaştək ərkin,Araz üstən baxırsan xeyli qəmgin,Sən ey haqq sözləri hicranlı Ərkim!Mənimtək gözləri hicranlı Ərkim!

Elə zənn etməsin yadlar – yadımsan,Mənim doğmam, ömürlük mərd adımsan,Vüsal uğrunda sonsuz fəryadımsanÖpüm gəl hər daşından bir də, Ərkim!Ağarmış dik başından bir də, Ərkim!

Öz əcdadın azərbaycanlılartək,Vurursan nəbzimizdə canlılartək.Gözü hey yol çəkən hicranlılartək,Müqəddəs abidəm, şöhrətli Ərkim!Döyüşlərdə mənim qeyrətli Ərkim!

İgid övladların dözməz bu dərdə,Buna biganə qalmaz bir nəfər də,Keşikçindir bu gün hər südəmər də,Salam, ey qəhrəman, ey şanlı Ərkim!Başı tarix boyu tufanlı Ərkim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке