Könlümə Təbriz düşdü
Mədinə Gülgünə
Gəldi min dilli bahar, könlümə Təbriz düşdü,Güllü, bülbüllü bahar, könlümə Təbriz düşdü.Təbrizin dərdi mənim dərdim olub illərdir,Ordadır, nazlı nigar, könlümə Təbriz düşdü.Çox da dünyada gözəl, adlı şəhər min-mindir,Hər yerin öz yeri var, könlümə Təbriz düşdü.Bacımı, qardaşımı, sevgilimi görməliyəm,Yox, dəyişməz bu qərar, könlümə Təbriz düşdü.Mən Süleyman, Kür – Araz nəğməli şair babayam,Çəkirəm aləmə car, könlümə Təbriz düşdü!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-konlume-tebriz-dusdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Məgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Düz daraİsmi Pünhan, o mövlanı sevərsən,Çəkmə seyrəqubla məni düz dara.
Vətənimdir(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,