Nəğmələrim var
Könlümdə şirin nəğmələrim var,Xoş keçdi bu yerlərdə həyatım,Sahilləri cənnət Xəzərim var.
Hər dalğası dağ boyda da olsa,Qoynunda onun dincəlirəm mən,Hər davranışından xəbərim var.
Hər dosta geniş bağrı açıqdır,Bir yad üzə bilməz sularında,Üstündə günəştək nəzərim var.
Xoş keçdi bu yerlərdə həyatım,Sahilləri cənnət Xəzərim var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-negmelerim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Düyünlü sözlərdən heç gəlməz xoşum,Aydın həqiqətdir mənim fəlsəfəm.
OlmasaydıDinməzdi mahnım mənim, gəlməzdi şerim cana,Günəş bayraqlı min-min səhərim olmasaydı,
Gecənin romantikasıBu yatmış küçələrdə bu gecə mənəm ayıq,Mənəm addımlarımla bu sükuta yaraşıq.
Azərbaycana gəlsinVətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!