Nəvəm Günəşə məktub
Həyatda parolun, əziz Günəşim.Vicdanın, namusun, qeyrətin olsun.Ağsaqqal babanın dediyi budur,Çalış el içində hörmətin olsun.
Qızın, qəlbimdəki odumla mənim,Baş çək könüllərə adımla mənim.
Qarşımda əsgərtək addımla mənim.Zirvələr aşmağa qüdrətin olsun.
Könlünü anamız vətənə bağla,Haqsızlıq gördünmü tapda, ayaqla.Mənim sözlərimi yadında saxla,Bu uğurlu yolda cürətin olsun.
Dosta məhəbbəti babandan öyrən.Düşmənə nifrəti babandan öyrən.Məzəli söhbəti babandan öyrən,Hər evdə, hər yerdə, söhbətin olsun.
Uyma göz aldadan bərbəzəklərə,Varlanmaq fikrini ver küləklərə.Qovuş arzulara, xoş diləklərə,Müqəddəs amalın – sərvətin olsun.
Günəşim, könlümün səsini eşit,Süleyman babanın sözünü eşit.Nə qədər ki, sağdır, özünü eşit,Məni eşitməyə minnətin olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-nevem-gunese-mektub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dinlə qan qardaşını, qabar əlli qardaşımMən sözlü, mən arzulu, mən könüllü qardaşım,
Yad gül dərə bilməzYad gül dərə bilməz çəmənimdən,Heç qüvvə ayırmaz məni bir an
Yasin əvəzinəÜrəyimin yaxınları, eşidin,Diləyimin yaxınları, eşidin:
Burax!Söyləmə: “Gəl səni qəfəsə salım,Yanıb külə dönsün vətənin nəşi!”
Стихи других поэтов
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Ey sənəm, eşqində hərdəm bu könül bimardırEy sənəm, eşqində hərdəm bu könül bimardir,Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Uzaqda sanma məni...Gecə səhrada azsan,Əgər getdiyin yolu,