Hər kəs öz xeyrini güdsə dünyadaArada, əlbəttə, məhəbbət olmaz.Ürəklər dil tapsa, birgə döyünsə,Ortada kin olmaz, küdurət olmaz.

Yersiz bərbəzəyə bürünən kəsdə,Ağ gündə ən başda görünən kəsdə,Dar gündə xəlvətdə sürünən kəsdəZərrə qeyrət olmaz, sədaqət olmaz.

Bizim dünyamızın cəlalına bax,İgidlər bəsləyir hər ev, hər ocaq.Onlar gözəl bilir – döyüşdən qabaq,Döşünə döyəndə cəsarət olmaz.

Yayılsın dünyaya bu səs, bu xəbər,Sarsıtsın düşmənin qəlbini kədər.Bizim nəsillərdə ta qəbrə qədərVətənə, millətə xəyanət olmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине