Araz sahilində gəzirəm yenə,Ürəyi söz dolu bir insanam mən.İllərdir gözlərim bu yollardadır,Öz qan qardaşımdan nigaranam mən.

Nədir bu fəlsəfə, nədir bu hikmət?Başımdan yağarkən bu var, bu dövlət.Hicran bağçasında vüsala həsrət,Bağrı çarpaz dağlı bir bağbanam mən.

Mən vurğun deyiləm şöhrətə, ada,Sadə bir şairəm, qoca dünyada.Düşəcək hərdənbir bu sözüm yada,Sanmayın beşgünlük bir mehmanam mən.

Könlümdə müqəddəs bir həsrətim var,Ləkə götürməyən həqiqətim var.Görün, nə qəribə bir qismətim var,O taylı, bu taylı Süleymanam mən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке