Gülməz şeir deyən yeni sövdası olmasa,Dinməz dilindən hər sözün əlası olmasa.Məktəbdə öz müəllimini dinləməz uşaqAydın, təmiz dili, gözəl imlası olmasa.Ahəngi öz yerində belə olsa mahnınınYol tapmaz heç ürəklərə mənası olmasa.Hər söz güləşdirən deməsin şairəm, bəli,Könlündə yüksələn yeni dünyası olmasa.Dostlar, bilin ki, mən əlimə almaram qələmMillət mənim bu təcrübəmə razı olmasa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов