Günəşlə üz-üzə durmuş səadətim sənsən,Ətirli gül-çiçəyim, xoş təbiətim sənsən.

Bütün gözəlləri səf-səf düzülsə dünyanın,Könül deyər ki, yeganə məhəbbətim sənsən.

Səninlə keçdi gözəl günlərim, dəqiqələrim,Dilimdə nəğməyə dönmüş həqiqətim sənsən.

Dalınca Təbrizə gəldim, vəfalıyam, dostum,Özün də yaxşı bilirsən ki, şöhrətim sənsən.

Təbriz, 1942

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине