Hara getsən belə vurğun könlümüÖzünlə bərabər apar, sevgilim!İşdir aparmasan, ilham atınıO sənin dalınca çapar, sevgilim!

Ayrılıq yüküdür kürəyimdəki,Götür başından o qara örpəyi.Sən gəl öz əlinlə ürəyimdəkiYaranın közünü qopar, sevgilim!

Sıxdı pəncəsində səfalət səni,Lakin yaşadacaq məhəbbət səni,Hər yana getsən də, nəhayət səni,Süleyman axtarıb tapar, sevgilim!

Təbriz, 1942

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов