Qəfəsdən qurtulmuş yaralı şirəm,Zəncir vura bilməz cəlladlar mənə.Yox, yox, vura bilməz bir də yaralar –Həm düşmənlər mənə, həm yadlar mənə!

İstəsən hər kəsi danışdır burda,Göz yaşı elə bil yağışdır burda,Hər addım başında tanışdır burda,Nalələr, fəğanlar, fəryadlar mənə!

Vətənsiz bir şair cansız bədəndir,Sevdası başımdan getmir nədəndir,İlhamım, qüdrətim, eldir, Vətəndir,Canımdan əzizdir bu adlar mənə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине