Vətən yandı
O qədər nalə etdim ki, qızardı lalətək bağrım,Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı.
Ürəkdə min yaran vardır, yazıq millət, yazıq millət,Sənə hər ləhzədə öz canını qurban edən yandı.
Qonub damlarda asudə ötür heybətlə bayquşlar,Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı.
Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,Neçin dinmirsən, ey qardaş, soruş bir gör nədən yandı.
Durubdur başım üstündə, əlində xəncəri, cəllad,Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən yandı.
Yadımdan çıxdı bülbültək qəfəsdə güllərin rəngi,Qəmin, dərdin əlindən od tutub axır bədən yandı.
Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-veten-yandi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəfəsdən qurtulmuş yaralı şirəm,Zəncir vura bilməz cəlladlar mənə.
Ürəyim parçalanırMəncə, hər doğru məhəbbətdə siyasət olmaz,Olsa bir azca siyasət, o, məhəbbət olmaz.
O gün gələcəkLəpələr qanlıdır Arazda yenə,Nalə var çaldığım bu sazda yenə.
Dülgərin arzusuBir qoca dülgərə rast gəldim dünən,Hərbi paltarıma diqqətlə baxdı.