Təbrizli qız
İllərdir dağda, daşda, gəzirəm həsrətinlə,Məni quca bilməyib ayrılığın qolları.Qəlbimə qüvvət gəlib sənin məhəbbətinlə,Yollar məni yormayıb, mən yormuşam yolları.
Təkcə səni seçmişəm,Yüz körpüdən keçmişəm,Arazdan su içmişəm.
Adını bayrağıma yazmışam, təbrizli qız!Ürəyimin başından asmışam, təbrizli qız!
Sənsiz deyib-gülmərəm,Şənlik nədir, bilmərəmDərdə üstün gəlmərəm.
Versin gərək baş-başa dağlartək, təbrizli qız,O ürək, təbrizli qız, bu ürək, təbrizli qız!
Bir ürəyik, bir ürək,Arzuma yetəm gərək,İkinci “Şərq” peykitək.
Gəl, dolanım min kərə başına, təbrizli qız!Gözlərinin son verim yaşına, təbrizli qız!
Şöhrətin var dünyada,Ağ günləri sal yada,Əymə boyun cəllada!
Yetər, yetər, dözmə gəl bu hala, təbrizli qız!Yol açaq mahnımızla vüsala, təbrizli qız!
Ürəyimlə tanış ol,Vəslə ordan gedir yol,Deyim qoy yenə bir yol.
Görüm yolun həmişə ağ olsun, təbrizli qız!Baxtın düşmən bağrına dağ olsun, təbrizli qız!
Gəzmə pərişan kimi,Vuruş qəhrəman kimi,Baban Səttar xan kimi.
Batırma göz yaşına çörəyi, təbrizli qız!Tax döşünə qurtuluş çiçəyi, təbrizli qız!
İgidlər yata bilməz,Tənələr dada bilməz,Düşmənlər bata bilməz.
Nə sənə, təbrizli qız, nə mənə, təbrizli qız!Könlümüzü vermişik vətənə, təbrizli qız!
Gəl özünü sanma tək,Qəm oduna yanma tək,Yaman günündə gerçək.
Atımı yellər kimi çaparam, təbrizli qız!Mən səni harda olsan taparam, təbrizli qız!
Hər günüm bir il oldu.Ürəyim tel-tel oldu,Hicran qəmi kül oldu.
Sən mənim can evimdə gəzəli, təbrizli qız!Gözümdə gözəllərin gözəli, təbrizli qız!
Təkcəsən bu yerdə sən,Qələm çəkib dərdə sənYuyun şəfəqlərdə sən.
Sən əməllər bağımda gülümsə, təbrizli qız!Ayımtək, günəşimtək gülümsən, təbrizli qız!
Mahnılarım sənindir,İlk baharım sənindir,Bütün varım sənindir.
Axıdaram yolunda qanımı, təbrizli qız!Demişəm qurban sənə canımı, təbrizli qız!
Bir daha gəzsin deyə saçlarında bu əllər,Sahilləri oxşayan sərin dalğalar kimi.Könlümdə xoş arzular, əlimdə körpə güllər,Qapına əvvəlkitək gəlmişəm bahar kimi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-tebrizli-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ayrılıqdan odlanan bağrımda laləm var mənim,Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim.
Saxla yadındaQardaş! Gözümə sən yenə pəjmürdə göründün,Bəsdir bu qədər qolları zəncirli süründün.
QorxmuramQorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Cənub dərdimDeyirdim ki, gələr gün dincələr artıq bir az dərdim,Xəbər gəldi Cənubdan, ah, alovlandı bu yaz dərdim!
Стихи других поэтов · О родине
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Azərbaycan süruduEy torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!