Yaralarım
[Poemanın əvvəli – kitabın 95-ci səhifəsi – mənbədəki skanda yoxdur.]
Başıma daş atılıb, gül atılıb,Od atılıb, kül atılıb.Eşqimə sadiq qalaraq,Söz qoşaraq, saz çalaraq,Mən yenə addımlamışam,Gülşənə addımlamışam.Ah, bu şirin ağrıları,Xeyli dərin ağrıları,Bir əbədi xatirətəkGəzdirəcəkdir bu ürək.
Mən ki, el dərdinə öyrənciləm əvvəl gündən,Bağrı qan, köynəyi qan bülbüləm əvvəl gündən.Vaxt olubdur ki, qaranlıq gecələr sübhə kimi,Bir fənər tək asılıb dost qapısından ürəyim.Bürünüb gur işığa kor küçələr sübhə kimi,Bir saattək vurub hər an ürəyim.Dərdli qəlbimdə təlaş,Çəkmişəm hər evə baş.Oxuyub kölgəli gözlərdə şikayətləri mən,Yazmışam dəftərimə dərdli hekayətləri mən.Görmüşəm buzxanatək çox-yanacaqsız evlər,Aclığın yurdu ocaqsız evlər.Körpələr nəm həsir üstündə uzanmış, yatmış,Sanki öz qəmli həyatından usanmış, yatmış.Görmüşəm çox, döşü südsüz analar,İrzi, namusu satılmış sonalar.Çox da dünyaya gələn var,Doğulandan çox ölən var.
Görmüşəm dar ağacından asılan mərdləri mən,Yazmışam bağrıma son köynəyi qan dərdləri mən.Hamının dar küçələrdən kəsilərkən ayağı,Zilləyib gözlərimi göylərə şairsayağı,Baxmışam zaviyə şəklində uçan durnalara,Vermişəm Göy gölü mahnımla nişan durnalara.Dinləyib onların ağlar səsini,Yazmışam nəğmələrin nəğməsini.Dolaşıb Duz-duzanı, Ovqanı mən,Seyrə dalıb hər yanı mən...Xırman üstündə nələr görməmişəm?!Mülkədarlar aparıb kəndlilərin son dənini,Kəndlilər kinlə baxıb göylərə, ovcunda həşəm,Səsləmiş bir daha xoşbəxt gününü.Bir günüm iydəli yollarda keçib,Bir günüm darda keçib.Söz eşidib, söz demişəm,Gördüyümü düz demişəm.Təbrizin Ərk qalasından oxunub mahnılarım,Düşmənin bağrına oxtək toxunub mahnılarım.Arxalanıb ellərə mən,Ax, demişəm sellərə mən.Gül, demişəm güllərə mən.Bir yeni bağbandır adım!Qardaşıma can demişəm,Can sənə qurban demişəm,Düşməninə yan demişəm!Sadə bir insandır adım!Üstümə min ordu gəlib,Bağrıma dağlar çəkilib,Sel tökülüb, çay tökülübDalğalı ümmandır adım!Düşmənin hər yerdə bu an,Tökdüyü qan, içdiyi qan.Yad başı üstündə qopanBir dəli tufandır adım!Ellərə çatsın bu səsim,Könlümə sığmır həvəsim,Sönməz alovdur nəfəsim,Çünki Süleymandır adım!Qanlı vəhşətlərə, heyhat, necə dözsün insan!İnanın, dağ sinəm üstündə yanan,Göynəyən hər yaramın öz adı, öz dəftəri var.Bacımın, qardaşımın,
SirdaşımınGeniş alnında bu gün min bir əzabın təri var.Qəlbimin köhnə, dərin, baş yarasıAdlanır sadəcə qardaş yarası.Yaş tökən gözlərimə orda bahar – qış görünür,Tüstüsüz hər baca bayquş görünür.İnanın, ordakı bağlarda qərənfillərsəTorpaq altında yatan körpələrin gözləridir.İlk bahar aşiqi bülbüllərsə,Qəmli bir mahnı deyir güllərə çoxdan bəridir.Vermişəm xalqıma çoxdan bəridir dincliyimi,gəncliyimi.Qocalıq ən qoca dərddir, bilirəm,Bu sözü mən lüğətimdən silirəm.Gəzirəm, hey gəzirəm ta nə qədər var nəfəsim,Ellərə çatsın bu səsim.Bəli, gəzdikcə o torpaqda, mənim,Boğazımdan nə çörək getdi, nə su.Deyirəm, ah, vətənim, can vətənim,Ömür az, mənzil uzaq, yollar uzun...Yox, ümidsiz deyiləm, vaxtı gələr,Qardaşımın baxtı gülər –Mən də ürəkdən gülərəm,Onda bir az dincələrəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-yaralarim
Клавиши ← → для перехода, R — случайное стихотворение