Qanadlılar dünyasının şairlərindən,Durnalardan söhbət açmaq istəyirəm mən.Bahar gəldi, bu diyardan uçub getdilər,Qaqqıldaşa-qaqqıldaşa köçüb getdilər.Yer üzünün bizə yaxın, uzaq yerində,Mahnımızı gəzdirdilər dimdiklərində.Ömrüm boyu mən razıyam durnalarımdan,Arazımı unutmadı qanadlı karvan.Bu sahildən o sahilə qondu durnalar,Yadlarında saxlayaraq mənim şərtimiLələyini qələm kimi yondu durnalar,Yazdı Cənub torpağına köhnə dərdimi.

Aylar keçdi, soldu güllər, soldu çiçəklər,Durnaların həsrətiylə dindi ürəklər.Mən də hər gün gözlərimi dikdim göylərə,Payız gəldi, qaqqıltıyla doldu dağ-dərə.Yenə bizim bu məkana gəldi durnalar,Yenə cənnət Lənkərana gəldi durnalar,Gözlərində o sahilin qəmli lövhəsi,Sözlərində qardaşımın, bacımın səsi.Əzizsiniz bu vətənçin, elçin, durnalar!İki sahil arasında elçim durnalar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе