Bəlkə
Şair səni üzü gülən görməmişdir yaşından,Bəlkə Araz yaranmışdır gözlərinin yaşından!
Əcdadımın qulağımda fəryadları səslənir,Güllərinə qan çilənmiş torpağından, daşından.
Saraydakı ağaların nə vecinə, ölkədəBütün millət nalə çəkib qırılsa da acından.
Bayrağında şir qocalıb, günəş çoxdan sönmüşdür,Gələn məzar qorxusudur Pəhləvinin tacından.
Qan qardaşım! Tək deyilsən döyüşlərdə, qulaq as,Hər gün səni səsləyirəm uca dağlar başından!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-belke
Клавиши ← → для перехода, R — случайное стихотворение