Zülfini bas yarama, qoyma məni qan aparırS.Ə.Şirvani

Baxaraq mən o taya tinbaşı zindan görürəm,Zülmə, işgəncəyə məruz sayı yox can görürəm.Qara bir pərdə çəkib gözlərə əmmaməlilər.Başkəsənlərdə nə qeyrət, nə də vicdan görürəm,Eşqi zindanda yatan sevgili təbrizli qızıGözləri nəmli, yenə zülfü pərişan görürəmCar çəkir gördüyünü ellərə qəm yüklü bahar,Şehli yox, gülləri al qanlı gülüstan görürəm.Yandırırlar yenə də şerimi, məktublarımı,Bağlayıbdır yolu düşmən kimi hicran görürəm.Zülmə qarşı bu çətin cəbhədə mən tək deyiləm,Orda çox eşqi Süleymanlı Süleyman görürəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви