Təsəlli
Yenə hər ilkitək Şüvəlandayam,Əkdiyim ağaclar qocalır məntək.Deyirlər: – Bununçun qəm yeməz adam,Onlar qocaldıqca ucalır səntək.Xoşuma gəlsə də bu sözlər mənim,Hər yaş çağrılmamış qonaqtək gəlir.Sınaq dəryasından şeir yelkənimYenə zəfər çalmış bayraqtək gəlir.Hər gün eşidirəm xoş sözlər, hər gün,Dayağım öz vətən şeirlərimdir.Yaşımı azaltmaq deyildir mümkün,Təsəllim gəncləşən şeirlərimdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-teselli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey evi gəlinsiz, nəvəsiz qardaş,Nə deyim ki, sənin xoşuna gəlsin!
Ayağım deyilNəcib arzularla doludur könül,Daha qəmxanələr ocağım deyil.
Gecdir artıqYaman qarışdırmışdı şöhrət mənim başımı,Yaxınıma qoymurdum dostumu, yoldaşımı.
ÖlsəYadigar qoymalıdır xalqa hər insan, ölsə,Etməsinlər deyə bir an onu nisyan, ölsə.
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Gələn birdir, gedən birdir, qalan birGələn birdir, gedən birdir, qalan bir,Gələn qalmaz, gedən gəlməz, əcəb sir.