Ölsə
Yadigar qoymalıdır xalqa hər insan, ölsə,Etməsinlər deyə bir an onu nisyan, ölsə.
Qəhrəmanlar deyəcəkdir yenə: nakam öldüm,Vətən uğrunda əgər can verib, asan ölsə.
Xalqın azadpərəst oğlu silinməz yaddan,Edib öz canını öz xalqına qurban, ölsə.
Vətəni sevməyənin əsrdə qalmaz əsəri,Gəzəcək şeri ağızlarda, Süleyman ölsə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-olse
Клавиши ← → для перехода, R — случайное стихотворение