Страница 2 из 2 · 50%

Şahbaz bəy. Sən Gəncədə neçə gün qalacaqsan?

Səfi bəy. Üç-dörd gündən artıq dayana bilmərəm. Dayı, vaxt keçir, gedək.

Şahbaz bəy. Səfa, Səfa!

Səfa (daxil olur). Nə buyurursan, ağa?

Şahbaz bəy. Çamadanı götür faytona qoy. (Səfa götürüb aparır). Səfi, halımı görürsən, ata bir yerə gedəndə evini oğluna tapşırar. O da olmasa arvadına, qızına. Həcər xanım məni görmək istəmir. Oğul elə, qız belə. Bunlar hamısı dua edirlər ki, mən bu müalicədən şəfa tapıb salamat qayıtmayam.

Zöhrə xanım. Ata, sənin azarının xasiyyəti elədir ki, hamını özünə düşmən hesab edirsən. Xeyr, biz istəyirik ki, sən Gəncədən bu azardan sağalıb salamat gələsən, biz də rahat olaq.

Səfi bəy. Dayı qızı doğru deyir, sən əsəbi məcazsan. İnşallah Gəncədən sağalıb gələrsən, bu qara fikirlər də başından çıxıb gedər.

Şahbaz bəy. Yenə ümidim sən qızımadır. Xudahafiz. (Onu öpür).

Səfi bəy. Dayıqızı, xudahafiz.

Zöhrə xanım. Xudahafiz, yaxşı yol.

Şahbaz bəy və Səfi bəy gedirlər.

Zöhrə xanım (yalnız). Ah... Çingiz, sevgilim, nə üçün mənə qulaq asmadın. Nə üçün məni də, özünü də bəlaya saldın. A...h... səni tutacaqlar, sənə min əziyyət verəcəklər, zindana salacaqlar... Yox, yox, qoymaram, səni cəlladların əlindən alaram... Ya sənlə bir yerdə həbsxanaya gedərəm... Sənsiz mənə dirilik yoxdur.

Həcər xanım (daxil olur). Zöhrə, Səfi bəy səni niyə çağırmışdı?

Zöhrə xanım. Səfi bəy məndən silis edirdi.

Həcər xanım. Nə barədə?

Zöhrə xanım. Bizim Çingizlə görüşməyimiz ona mə’lum olmuşdur.

Həcər xanım. Nə deyirsən, onu haradan bilmiş?

Zöhrə xanım. Bilmirəm, o barədə bir söz demədi. Çingizi həbs etmək istəyir.

Həcər xanım. Nə səbəbə?

Zöhrə xanım. Səfi bəyin deməyinə görə guya Çingiz hökumətin əleyhinə işləyir. Amma mən buna inanmıram. Bu hiylə ilə onu tələf etmək istəyir.

Həcər xanım. Ah, bu nə pis xəbər. Tezliklə Çingizə xəbər verib qaçırmaq lazımdır.

Zöhrə xanım. Mən də o fikirdəyəm, ancaq nə yol ilə.

Həcər xanım. Əhvalatı Qəmər xanıma yaz, o da Çingizi qaçırsın.

Zöhrə xanım. Xeyr, məktubla xəbər vermək qorxuludur, başqa yol aramalı.

Həcər xanım. Başqa nə yol var. Onda gərək birimiz gedək. O da qorxuludur.

Zöhrə xanım. Qorxulu olsa da məktubdan bu yaxşıdır. O səfərki kimi Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb mə’lum etmək lazımdır.

Həcər xanım. İndicə atan yola düşdü. Biz də onun dalınca getsək şübhəyə düşərlər.

Zöhrə xanım. Doğru deyirsən. Ona görə sən evdə qal, mən Şəmsi ilə sabah gedərəm.

Həcər xanım. Qorxuram ona kimi Çingizi tutalar.

Zöhrə xanım. Səfi bəyin Gəncədən qayıtması beş-altı gün çəkər.

Həcər xanım. Onda qoy Şəmsi getsin, sənin getməyin artıqdır.

Zöhrə xanım. Yox, ana, mən gərək gedəm, Şəmsi bacarmaz. Çingiz ona inanmaz. Mən olsam, Qəmər ilə köməkləşib onu inandırarıq və qaçırdarıq.

Həcər xanım. Yaxşı deyirsən, sənin getməyin vacibdir.

Şəmsi bəy ovçu libasında, əlində tüfəng, dalınca Səfa daxil olurlar.

Şəmsi bəy. Ana, iki günə Züleyxa xalama qonaq gedirəm, izin ver Səfa faytonu qoşub məni aparsın.

Həcər xanım. İndi atan getdi, sən də getmək istəyirsən, bəs evdə kim qalsın?

Şəmsi bəy. Bəs sən və Zöhrə nədir?

Həcər xanım. Biz arvadıq, evi kişisiz qoymaq olarmı?

Şəmsi bəy. Ana, sənə söz verirəm ki, iki gündən artıq qalmayam. İndi əhvalım çox pərişandır, havamı dəyişmək istəyirəm.

Həcər xanım. Onda səbir et, Zöhrə də gedəcəkdir, xalan istəyibdir, onunla gedərsiniz.

Heydərqulu daxil olur.

Həcər xanım. Heydərqulu, nə var, xeyir ola?

Heydərqulu. İnşallah xeyirdir, ancaq Züleyxa xanım bir az nahoşdur, məni göndərdi ki, sizi aparam.

Zöhrə xanım. Ana, biz də gedəcəyik?

Heydərqulu. Xanım dedi ki, uşaqları da gətirsin.

Həcər xanım. Heydərqulu, düzünü de, yoxsa xalam bərk nahoşdur?

Heydərqulu. Xeyr, xanım, başınız üçün qorxusu yoxdur, həkim gəlmişdi, dedi soyuq dəyibdir. Üç-dörd günə sağalıb duracaqdır.

Həcər xanım. Səfa, tez faytonu qoş.

Heydərqulu. Lazım deyil, Züleyxa xanımın faytonunu gətirmişəm, gecə gəlib çıxdım, karvansarada açdım.

Həcər xanım. Onda sən get, tez faytonu qoş gətir.

Heydərqulu. Baş üstə.

Həcər xanım. Heydərqulu, axşama düşmərik ki?

Heydərqulu. Xeyr, xanım, axşama beş saat qalmış orada olacağıq. Faytona dörd at qoşmuşam, ancaq yarım saatlıq Piri babagilə dönəcəyəm. Xanım üçün göyərti aparacağam.

Həcər xanım. Çox yaxşı, get. (Heydərqulu gedir). Səfa, evi sənin ümidinə qoyuram, yaxşı muğayat ol.

Səfa. Arxayın ol, xanım.

Həcər xanım. Get Xavərə de, bizim üçün dəyişəcək hazır etsin.

Səfa gedir.

Şəmsi bəy. Ana, bu çox yaxşı oldu, hərgah bu gün özümüzü Piri babaya yetirməsək, Çingizi tutacaqlar.

Zöhrə xanım. Onu sənə kim dedi?

Şəmsi bəy. Səfi bəy.

Həcər xanım. Səfi bəy ilə sən haçan görüşdün?

Şəmsi bəy. Bir az bundan irəli.

Zöhrə xanım. Nə deyirsən, Səfi bəy atam ilə Gəncəyə getmədimi?

Şəmsi bəy. Xeyr, Səfi bəy Gəncədən kağız aldı, oxuyandan sonra qalmalı oldu. Atam tək getdi.

Həcər xanım. Səfi bəy sənlə daha nə danışdı?

Şəmsi bəy. Mənə böyük divan qurmuşdu. Dedi: Zöhrə ilə də danışmışam. Mən əhvalatı necə olmuşdur tamamilə nağıl etdim. Hətta Çingiz ilə sözləşdiyimi də ondan gizlətmədim. Dedim, hərgah mən biləydim ki, Çingiz oradadır, heç vaxtı Piri babagilə getməzdim. Mən sə’y edirdim ki, onu inandırım ki, fikrini açdırım. Məni tə’rif edib dedi: Mən bilirəm ki, sən qeyrətli oğlansan, bizi bacın Zöhrə kimi düşmənə satmazsan.

Heydərqulu (daxil olur). Faytonun hazırdır.

Həcər xanım. Uşaqlar, gedək.

Gedirlər.

Pərdə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci pərdə

Səhnə meşə içində ağac çəpərlə həsarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın komasi, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür. Həyətdə neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın önündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul, daxil olur.*Piri baba**. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.

15 мин
İkinci pərdə

Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.*Pir baba**. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan. Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladığda ovu yerdə görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti azalmış. İndi səni qaldırıb qırğovulu nişana aldığda qaqqıltı ilə uçub uzaqlaşır. O qaqqıltı ilə sanki deyir, ey pir-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil, rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (*Yasəmən samavarı gətirib süfrəyə qoyur*). Yasəmən, Qəmər durubdurmu?

14 мин
Dördüncü pərdə

Səhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa, üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.*Qəmər** (*məktubu əlinə götürüb*). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda mə’lum olar. Yox, özgənin məktubunu oxumaq qəbeh şeydir. Qoy başını açıb oxuyum, onda mə’lum olar, dalını oxumaram. (*Məktubu paketdən çıxarıb oxuyur.*) «Ey qəlbimin sultanı, sevgili Çingizim!» Aha, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir. Gərək oxuyam. (*Oxuyur*). «Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, daxi səbir edə bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə rəhmin gəlsin». Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə imiş. Çingizə ah çəkdirən nə imiş. (*Məktubu gizlədib kağız yazır.*) Zöhrə xanım, məktubu belə yazırlar, özü də şe’r ilə.

14 мин
Beşinci pərdə

Birinci şəkilDördüncü pərdədən üç il keçmişdir. Səhnə meşə içində bir bulaq göstərir. Pərdə qalxdığında Şəmsi bəy, Qəmər, Zöhrə xanım və Cəbi görünür.*

15 мин

Стихи других поэтов