Nurəddin
Страница 6 из 9 · 56%
Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Külpəri onu özü ilə aparmadı. Şəhərin natəmiz havasından saralıb heyvaya dönən Nurəddini bir ayın ərzində tanımaq olmurdu. Ətə-cana gəlib, üzü lalə kimi qızarırdı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Külpəri ərə gedəndə öz razılığı və Nurəddinin razılığı ilə onu atasının yanında qoymuşdu. Amma indi nədənsə fikrini dəyişdirib, Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə də hər gün ata və qız arasında bu barədə qovğa vardı. Bu isə Nurəddinə çox tə’sir edirdi. Axırda Nurəddin dedi:
– Baba, daha Külpəri ilə dalaşma, mən razıyam. Onun yanında olanda nə olar? Qoy gedim, yenə hər gün sənin yanına gələrəm.
İmamverdi baba, istər-istəməz razı oldu. Nurəddin də Əmirəslanın evinə köçdü. Az bir müddətdə Əmirəslan Külpərinin əlində olan nəqdi pulunu kah yalvarmaq və kah da qorxutmaq ilə alıb qumara, kefə tələf etdi. Əmirəslan elə bilirdi ki, Külpəri Hacı Nəsirin dövlətindən lazımınca yükünü tutubdur. Amma onun əliboş olması tezliklə mə’lum oldu. Bu cəhətə Əmirəslan gündə Külpəri ilə dava-qalmaqal etməyə başladı. Külpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmirəslana söylədi və ondan bu işə çarə istədi. Əmirəslan çox şad olub dedi:
– Hərgah indiyə kimi bunu məndən gizlətməsəydin, çoxdan çarə tapmışdım. Yenə də taparam. Sənin işin yoxdur.
Nurəddin elə bilirdi ki, hər vaxt istəsə İmamverdi babanın yanına gedə bilər. Lakin bu fikrin yanlış olması ertəsi günü ona mə’lum oldu. Bu tərəfdən də Külpəri və ələlxüsus Püstə qarı yazıq uşağa göz verib, işıq vermirdi. Ancaq Əmirəslan öz fikri cəhətincə Nurəddinlə məhriban dolanıb onu yanından iraq qoymayırdı. Haraya gedirdi özü ilə aparırdı. Bir dəfə Əmirəslan Nurəddini götürüb bağına gəzməyə apardı. Orada onu kilas ağacına çıxartdı ki, kilas dərsin. Nurəddin kilas ilə ətəyini doldurub aşağı düşmək istədikdə Əmirəslan dedi:
– Nurəddin, o əlinlə tutduğun budağın başında gör nə çox kilas var, çıx o şaxı sındır. Eləcə evimizə aparaq.
Nurəddin dedi:
– Budaq nazikdir, qorxuram sına.
– Bəs sən deyirdin, mən qorxaq deyiləm. O budaq mən yekəlikdə adamı götürər.
Bu sözlərdən Nurəddin qeyrətə gəlib yuxarı dırmaşdı. Ağacın başına çatdıqda, budaq şaqqıltı ilə sınıb yerə düşdü. Amma Nurəddin iki budaq arasına pərçim olub ölümdən xilas oldu. Nurəddin aşağı düşəndə Əmirəslan sınıq budağı çiyninə götürüb dedi:
– Gedək, Nurəddin. allah bu səfər səni ölümdən qurtardı, — bunu deyib gəhgəhə ilə güldü.
Nurəddin Əmirəslanın «bu səfər» deməsinə və gülməsinə təəccüb etdisə də onun fikrini anlamadı.
O biri gün Əmirəslan Ceyranbasanı çullayıb dedi:
– Nurəddin, atımızı apar həm çayda sula və həm də bir az gəz.
Nurəddin razı olmayıb dedi:
– Mən Ceyranbasandan qorxuram. Onu heç vaxt minməyəcəyəm.
– Axırı ki, qorxaqlığını boynuna aldın. Bunu deyib Əmirəslan atın belinə sıçradı.
– Elə isə gəl tərkimə min, gedib çayda çimək.
Nurəddin çimməyi çox sevirdi. Ona görə də tez razı oldu.
Çayda Əmirəslan soyunub atı mindi və suyun dərin yerinə salıb bir neçə dəfə üzdürdü. Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
– Hərgah qorxmursan gəl səni də mindirim.
Nurəddin razı oldu. Əmirəslan Nurəddini ata mindirib, noxtanın ucundan yapışdı. Əmirəslan atı lap dərin yerə salıb bir neçə dəfə üzdürdü. Bir dəfə at dərin yerə düşəndə qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. O, suya batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb üzməyə başladı. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmirəslana düşsəydi, onun gözlərindən parlayan odu və üzündə zühur edən acığı görərdi. Nurəddin üzüb kənara çıxanda Əmirəslan soruşdu:
– Bu üzməyi haradan öyrənmisən?
– İmamverdi baba öyrətmişdir. Sizə gəlməmişdən əvvəl hər gün çayda çimirdik. İndi İmamverdi baba azarlamışdır.
– Onu haradan bilirsən, yoxsa qaçıb getmisən?
– Xeyr, dünən bağbanından eşitdim.
– Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasın. Tez ol gedək.
Nurəddin Əmirəslanı açıqlı görüb dinməz-söyləməz tezcə geyindi. Yol uzunu Əmirəslan fikirdə olub bir kəlmə söz demədi. Əmirəslan bu ittifaqdan sonra yenə öz pis fikrindən əl götürməyib, Nurəddini tələf etməyə təzə hiylə axtarmağa başladı. Nurəddin isə başına gələn xataları qəza işi bilib, Əmirəslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir dəfə Əmirəslan onunla bazardan evə qayıdanda yolda çəpər üstündə bir gürzəni qıvrılıb yatmış gördülər. Əmirəslan dedi:
– Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut aparıb kirpimizə verək yesin. Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz.
– Mən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil gürzədir.
– Yox, sən tanımırsan, koramaldır.
– Koramalın başı sarımtıl olur, elə qara rəngli olmur.
– Onu sənə kim deyibdir?
– İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir.
Əmirəslan gəhgəhə ilə gülüb dedi:
– Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən. Nurəddin bir söz deməyib, əlindəki ağacla tez ilanın başından vurub öldürdü.
– İndi bax, gör ilandır, ya koramaldır.
Bu halda yol ilə gedən iki adam buna baxıb dedi:
– Əlbəttə, ilandır, özü də gürzədir.
Adamlar gedəndən sonra Əmirəslan ilanın o yan-bu yanına baxıb dedi:
– Düzdür, mən səhv edirəm, bu koramal deyil. İlan koramala çox oxşayır, ona görə səhv etmək olar.
Nurəddin ona cavab verməyib, ancaq fikrindən bunu keçirdi:
– Sənə qulaq assaydım indi meyitim bu yol üstündə qalmışdı.
Bu ittifaqdan sonra Nurəddin Əmirəslandan şəklənib, sərvaxt dolanmağa başladı.
Bir dəfə Nurəddin sərçəsini götürüb bağçada oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. İmamverdi baba döşəkdə yatır, azardan çox zəif düşmüşdü. Yazıq kişi Nurəddini qucaqlayıb, sevincindən ağladı. Nurəddin də başına gələn hadisələri nağıl etdikdə, İmamverdi babanın üzündə təşviş artırdı. Nurəddin axırıncı ilan fəqərəsini nağıl etdikdə, İmamverdi daha sabir edə bilməyib, zəif səsi ilə belə qışqırdı:
– Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. Oğlum, gərək tezliklə şəhərə Baharın yanına qayıdasan. Yoxsa tələf olarsan. İndi get, mən də görüm nə çarə tapıram. Ancaq sərvaxt ol, Əmirəslanın sözünə əsla inanma.
İmamverdi baba Nurəddini qucaqlayıb öpdü. Zavallı kişinin gözlərindən yaş dolu kimi yağıb, ağ saqqalını islatdı.
Nurəddin çox qəmkin evə qayıdırdı. Yol uzunu başına gələn qəza-qədərdən fikir edirdi:
– İndi anlayıram ki, Əmirəslan nə məqsəd ilə məni kah uca nazik budağa çıxardırmış, kah dərin suya salırmış və kah da ilanı koramal adına əlimlə tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasını anlamıram ki, mən ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. — Bu barədə fikirdə ikən Baharın bu sözü yadına düşdü: «Qorxma, ağam, nə qədər sən sağsan, Külpəri sənin bir qəpiyinə də əl vura bilməz», — Demək ki, mən ölsəm malım Külpəriyə düşəsidir. Əlbəttə, belədir, bu sadə fikri mən indiyə kimi niyə anlamamışam?!
Nurəddin evə qayıdanda, həyətdə Əmirəslana rast gəldi.
– Haradan gəlirsən?
– Bağçadan gəlirəm, — deyə Nurəddin cavab verdi və qızarıb başını aşağı saldı, çünki Nurəddin ömründə əvvəlinci dəfə idi ki, yalan deyirdi. Bunun halətindən yalan deməyini duyub Əmirəslan acıqlı yenə soruşdu:
– Düzünü de görüm, harada idin?
– İmamverdi babanı yoxlamağa getmişdim.
– Sən nə cür’ət edib mənim əmrimdən çıxırsan? — Əmirəslan bunu deyib qışqırdı və Nurəddini çomaq ilə döyüb, anbara saldı və ağzını kilidləyib getdi.
Bu ittifaqdan iki gün sonra İmamverdi babanın iflic azarından dili tutulmaq xəbəri gəldi. Külpəri və Əmirəslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. İlan fəqərəsindən bəri Əmirəslan Nurəddinlə məhriban dolanmağı bilmərrə buraxıb, hər bir cüz’i şeyi bəhanə edərək, onu tez-tez döyüb anbarda dustaq edirdi.
Gecə Əmirəslan ilə Külpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi:
– Yox, Əmirəslan məni öldürsə də səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-nureddin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Стихи других поэтов
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند