Birinci şəkil
Pinəçi Qafarın otağı. Yoqsul, zəhmətkeş otağı mənzərəsi.
Pinəçi Qafar (Başmaq yamayarkən oquyur. Şahsənəm də tikiş tikir).
Pinəçi mənəm işləməsəm mədarım keçməz, mənim,
Bu qışı burda qışlamasam mədarım keçməz mənim.
Şahsənəm. Qafar bircə o oqumağı kəs, mənə qulaq as.
Qafar. Buyur kəsdim, nə deyirsən?
Şahsənəm. Onu deyirəm ki, mən kimdən əksiyəm?
Qafar. Arvad nə demək istəyirsən? Başa düşmürəm.
Şahsənəm. Çoq yaqşı başa düşürsən. Ancaq özünü anlamamazlığa qoymusan.
Qafar. A nadürüst balası, sən nə dedin ki, mən də başa düşəm.
Şahsənəm. Deyirəm ki, mən kimdən əksiyəm?
Qafar. Allahü əkbər a tın-tın Həsənin qızı. Teleqraf Güllünün balası. Axı sən nə deyirsən ki, mən başa düşüm.
Şahsənəm. Belə mən deyirəm ki, kimin arvadından əksiyəm.
Qafar. Əstəğfrullah. Lə’nət şeytana. A mürtədin qızı, elə tutu quşu kibi təkrar edirsən ki, mən kimdən əksiyəm, mən kimdən əksiyəm. Bunu keç, bunu eşitdim, sözünün dalını söylə.
Şahsənəm. Belə sözümün dalı da budur, qabağı da. Mən kimdən əksiyəm.
Qafar. Lə’nət sənə kor şeytan. Arvad aydınca de görüm məndən nə istəyirsən? Səni başa düşə bilmirəm.
Şahsənəm. Qafar, görürəm əllərin qabar olan kibi beynin də qabarlayıbdır. Başına söz girmir.
Qafar. Axır sən mənə nə deyirsən ki, mənim də beynimə girməsin.
Şahsənəm. Belə mən onu deyirəm ki, mən kimdən əksiyəm. Məşədi İbadın arvadı keçəl Püstədənmi? Kərbəlayı Qulamın arvadı cızdalan Nabatdanmı? Yoqsa dəllək Kərbəlayı Cə’fərin arvadı ağızı əyri Fatmadanmı? De cavab ver.
Qafar. Hə, beləcə indi başa düşdüm. Sən mənnən paltar davası eləyirsən, eləmi?
Şahsənəm. O da var. Amma indiki davam başqa şeydir.
Qafar. Onda başla gəlsin.
Şahsənəm. Yaqşı, a Qafar nəyə məni «Şeyx Sən’ana», «Eşq İntiqamə», «İblisə» aparırsan?
Qafar. Ay rəhmətliyin qızı, barı ziyarətin birini de, mən də görüm başıma nə çara qılaram. Bu kəsadlıq vaqtda mən səni üç ziyarətə necə aparım, arvad, «Şeyx Sən’an»ın qəbri uzaq ölkədədir. O ki qaldı «Eşqi-intiqam», «İblis» ziyarətgahlarına onların nə adlarını eşitmişəm, nə də müqəddəs qəbri-şəriflərini görmüşəm.
Şahsənəm. Yaqşı a Qafar, bəs bilmirsən onda hər axşam sən də dostun Mirzə Fərəc də evdən səhər çıqıb bir də gecə yarısı gəlirsiniz. De görüm haradan gəlirsiniz?
Qafar. Arvad, sənə min dəfə demişəm, min bir dəfədə deyirəm. Biz hər gecə məşədi Əlibalanın çayçı dükanına yığışırıq. Orada dərviş baba şirin-şirin hekayələr, maraqlı naqıllar söyləyir, biz də qulaq asırıq. Sonra da qəsidə oquyur. Dinləyib axirət üçün savab qazanırıq. İndi gecələr hardan gəldiyimizi bildinmi?
Şahsənəm. Bu şirin dil ilə məni aldada bilməzsən. O günü mən də, Gülpəri də hamamda idik. Tratirdən (teatro) söhbət açıldı. Məşədi İbadın arvadı Püstə əllərini belinə qoyub bizə fors atırdı. Lovğa-lovğa danışıb deyirdi ki, ay yazıqlar, allah sizi piti bişirməyə, cəhrə əyirməyə yaradıbdır. Siz evdə qalıb gecəgündüz işləyirsiniz, ərləriniz də tratirlarda kef çəkirlər. Şeyx Sən’an oyununa getdim, Mirzə Fərəc ilə usta Qafarı orada gördüm. «Eşq və intiqam», «İblis» oyunlarına getdim yenə də onları orada gördüm.
Qafar. O Püstə arvad xırp yalan deyir. Buna birinci və axırıncı sübut odur ki, yalan dediyinə görə qurban olduğum İmam Cə’fər Sadıq onun ağzını əyibdir. Bu imam özü düz danışan adam olduğuna görə yalan deyəni sevmir. O arvad görəsən kimi görübsə bizə oqşadıbdır.
Şahsənəm. A Qafar, yə’ni sən bilmirsən ki, mən haraya getmək istəyirəm?
Qafar. Ziyarətə.
Şahsənəm. Hə, o ziyarəti də tratirda göstərirlər?
Qafar. Nəmənə? Səni teatroya aparım? Oyunbazxanaya? O möhtərəm axund-mollalarımızın təqlidini çıqaran yerə?
Şahsənəm. Hə, nə var? Nə üçün gözlərini bərəldirsən. Belə tratira getmək istəyirəm.
Qafar. Arvad, görürəm əqlin çaşıbdır. Bu axşam vaqtı bizi günaha batırma. Dur ağzını suya çək. Dur, lüleyin eşikdə doludur. Arvad nədir, teatroya getdi nədir? Arvadlar gərək evdə otursun pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam.
Şahsənəm. Qafar, mən özgə şey bilmirəm. Bu saat durub məni «Eşqi-intiqam» tratrına apararsan.
Qafar. Arvad, görürəm sən dəli olmusan. Mən necə səni eşqbazlıq teatrosuna aparım. Orada bacı qardaşa aşiq olur. Axırda da hər ikisi ölür. Şeyx Sən’an ondan da bəttərdir. Şeyx Sən’an bir mə’mün kişi olduğu halda bir gürcü qızına aşiq olur. Şaxır içir, boynuna xaç taqır, daha bilmirəm nələr, nələr eləyir. Arvad, o ki, «İblis»ə qaldı, onu görən gündən bəri az qalmışam on yeddi rük’ət namaz əvəzinə yüz on yeddi rük’ət qılam.
Şahsənəm. Baq, Qafar, adamın boynuna beləcə qoyarlar ha. Bəs sən deyirdin ki, oraya getmirəm. Dur bu saat dinməz, söyləməz məni tratraya apar.
Qafar. Arvad yaqşısı budur ki, sənin qol-qabırğanı sındırmamış buradan gedim. (Geyinib gedir.)
Şahsənəm. Cəhənnəmə get, gora get. İndi mən də tratira gedəndə görüm sən nə deyəcəksən. (Gülpəri daxil olur.)
Gülpəri. Salam əleyküm ay Şahsənəm bacı.
Şahsənəm. Əleyküməssalam ay Gülpəri. Arvad çarşafın yerə qoy otur, Qafardan söyləyəcəyəm.
Gülpəri. Bəs özü hanı? Teatroya getdi?
Şahsənəm. Ay arvad, onu hardan bildin?
Gülpəri. Dünən Qafar bizdəydi, Mirzə Fərəc ilə söz qoydular ki, bu gecə teatroya getsinlər. Mənim kişim soruşdu ki, Qafar, hansı teatroya gedək, o da dedi: Bulvarın yanındakı... Şoqəribin adı yadımdan çıqdı. Hə, satır-alır.
Şahsənəm. Ay qız elə deyil. Mənim yaqşı yadımdadır ki, onda bir it sözü də var. Hə yadıma düşdü. Satır ağ it (Satiragit).
Gülpəri. Hə deyəsən sən düz deyirsən. Dur ora gedək.
Şahsənəm. Qafargil bizi görsələr necə olsun?
Gülpəri. Çarşafa bürünərik tanıya bilməzlər. Deyirlər o teatroya çoq arvad-uşaq gedir, onların içində bizi hardan tanıya bilərlər.
Şahsənəm. İndi ki belə oldu, qoy tanısınlar. Bəs başqa arvadlar nə üçün gedirlər?
Gülpəri. Doğru deyirsən. O günü Nabat deyirdi ki ərim ilə oraya getmişdim. Orada cinlər yerin içindən çıqıb şeytan ilə danışırlar.
Şahsənəm. Ay arvad, nə əcəb qorqmamış,
Gülpəri. Necə qorqmamış, bərk qorqubdur. Hətta istəyibdir durub qaçsın, əri əlindən dutub saqlayıbdır. Deyibdir ki, qorqma onlar cin deyil, adamlardır onların oyunlarını çıqardırlar.
Şahsənəm. Daha durma, vaqt keçir. Gedək. Yoqsa oyunu başlarlar.
Gülpəri. Gedək. (Gedirlər.)
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-sani-sahsenem-ve-gulperi-birinci-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pinəci Qafarın evi.*Mirzə Fərəc**. Qafar, sən bunlardan müqəyət ol, mən də gedib axund molla Qasım ağanı çağırım gəlib bu binamusların talaqını versin.
ŞeytanBir pərdədə üç şəkilli piyes*1922*
Birinci şəkilSəhnə bir dağı göstərir. Şeytan bir daş üstə oturmuş. Hüzurunda Marzavan durmuş.*Şeytan**. Marzavan, Avropadan nə xəbər var? Söylə.
İkinci şəkilSəhnə dəmirci dükanını göstərir. Əli körük basır. Teymur ilə Aslan dəmir döyürlər.*Teymur**. Oğlum, körüyü bas. Yoqsa yorulmusan?
Стихи других поэтов
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Yayağ oldı gönülüm oynadı atYayağ oldı gönülüm oynadı atRuhlarun diyeli bana şâh mât
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim