Şeir xiridarı, söz aləmiydin,İlk dəfə əlimdən tutan sən oldun.Atam ki, sağ idi, mənə əmiydin,Atasız qalmadım, atam sən oldun.

Başdaşın dikəlib dərdli başımda,Sən bir yalçın qaya, mən bir qəlpəyəm.Ay əmi, sən getdin, mən bu yaşımdaElə bil atasız yetim körpəyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов