Qulaq asın, övladlarım
Hanı atılıb-düşən,Hay-küy salan çağınız?Yuxusuz gözləriməHeyrətlə baxmağınız?Hanı şeirlərimdənQuş düzəldib uçurdan,İlhamımı küsdürüb,Düşüncəmi qaçırdanO nadinc əlləriniz?Otaq həmin otaqdır,Böyüməyib yeriniz.Birdən-birə boy atan,Böyüyən siz oldunuz.Özüm kimi sizi dəDüşüncəli etmişəm.Özüm kimi sizi dəBir az “dəli” etmişəm.İşıqda yatmağı daÖyrətmişəm sizə mən.Evə kitab gətirdimOyuncaq əvəzinə.Bəzən düşüb uşaq təkDüşüncəmin izinə,Bir otağın içindəSizi unutmuşam da,Uzaq ərəb qızınınDərdini gəzdirmişəmXəyalımda, huşumda.Şerim alovlanandaFələstinli yetiminFəryad qopdu səsindən, –Üstünüz açıq qalıb,Xəbər tutmamışam mən.Xəbər tutmamışam ki,Ən ilhamlı anımdaQuzu kimi mülayimÜç oğlum var yanımda.– Atamız şeir yazır,Zakir, gəl oynamayaq.Atamız şeir yazır,Qapıdan boylanmayaq.– Cavanşir, döy divarı,Çağırmasın qonşu qız.– Cahangir, qoy yarımçıqQalsın bu nağılımız.– Söndür televizoru,Baxmayaq multfilmə də.– Atamız şeir yazır,Dinməyək bir kəlmə də.– Görən niyə gəzişir,Nə deyir yana-yana?
Bəlkə yadından çıxıb,Kömək elə, ay ana.Bəlkə bir az dincəlsin,Yorğun gəlib səhərdən?Yoxsa bir söz nədir ki,Tapa bilmir səhərdən?Elə ananızın daGəncliyi belə gedir.Atanız şeir yazır,Toy nədir, gəzmək nədir?Atanız şeir yazır,Mən oduna qalanım.Gərək onun başınaDolandıqca dolanım.Pərvanə yox,SübhəcənÜmid, inam oldu o.Bəzən unudub sizi,Mənim anam oldu o.Şairə qulluq etməkSöz deməkdən çətindir.Şair arvadı olmaqSizin tək yüz körpəniBəsləməkdən çətindir...Bu dünyada hər şeyiQurdan verdiniz mənə.Balalarım, mən sizəNə vermişəm, axı nə?Görüşlərdə aldığımTəzə gül dəstəsimi?Şəklim çıxan qəzetəQürurla baxa-baxaGələn şirin yuxunuz.Bir tənqidçi əmininTikanlı sözlərinə –Düyülən yumruğunuz.Bir dostun xoş sözünü,Şirin ahənglərini,Sizi yuxusuz qoyanTelefon zənglərini, –Desəm budur verdiyim,Düz olmaz sözüm, andım.Bu şöhrəti ən əvvəlMən özümçün qazandım.Bəs nə vermişəm sizəÜç oğul atası tək?Desəm ikicə otaq,Desəm bir qarın çörək, –Gülünc olar sözlərim.Sizə əzabdan özgəNə verdim əzizlərim?Nə yazdım ki, söz açımCilid-cilid kitabınSizə gəlhagəlindən?Atalıq borcumu da,Atalıq eşqimi dəŞeir aldı əlimdən.Məndən sonra ömrümüTəzədən varaqlayın.Ata kimi günahımVarsa,Gizli saxlayın.Gizlədin filan günüSoyuq olmağımı da.Əsəbi günlərimi,Ən qəmli çağımı da.Nimdaş paltarlarınızdanSöz açmayın heç kəsə.“Yeməyiniz bol idi”, –Deyin verin səs-səsə.Məndən sonra VətəniOymaq-oymaq gəzsəniz,
Əgər bir şair kimiOlmasa adım, yerim,Gizlədə bilməsəniz.Balalarım, mən sizəOnda nə cavab verim?Soruşanda nəçiydiAtan?Çaşıb qalsanız,Kimliyi bilinməsə,Atasız övlad kimiSıxılıb alçalsanız,Soruşanda – sağdırmı?Sizə dərd olar bu da,Demək bilinmir onunVarlığı, yoxluğu da.Soruşanda – qalıbmıÖzündən bir yadigar?Atalıq öz yerində,İnsan kimi nəyi var? –Yarıyoldan qayıdıb,Coşun,Qəzəbdən coşun,Gəlib qəbrimin üstə,Üçünüz də soruşun.Soruşun: – Niyə biziGətirdin bu həyata?Kaş ki, bir divar hörüb,Yadda qalaydın, ata...Balalarım, ömrümüKitab tək varaqlayın,Ata kimi günahımOlsa, gizli saxlayın.Bu günahı həmişəYumaq asandır, asan.Təki Vətən yanındaÜzüqara atanın,Yarımçıq sənətkarınÖvladı olmayasan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-qulaq-asin-ovladlarim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ona vaxtsız əcəl vermədi aman,Yandı ulduz kimi tez batmaq üçün.
Nəvəm Tomrisə“Dövlətdə dəvədir, övladda nəvə”,Kim bunu deyibsə, ona mərhaba!..
Rudəkidən iqtibasBir cavan qocaya dedi: – Ay əmi,Az güldür özünə qızı, qarını.
Salam Asiya, Salam Afrika!Nəğmələrin dalğasında paytaxtım coşur,Dünya bura şəhər-şəhər düzülüb gəlir.