Zəmanənin hər üzünü görə-görə,“Görmədim” ilə sona çatdı söz vuruşun.Bircə dəfə məğrur başın endi yerəQılıncıyla bir elləri qurumuşun.Nöqtə qoydyq qan qoxulu o illərəQüdrətiylə bu dövranın, quruluşun.Xalqın kimi sən də çıxdın al səhərə,Halal xoşun olsun, Vaqif, halal xoşun.

Qismətə bax, taleyə bax, vəzirdən sən.Bəxtəvərsən, qanad açıb şahlıq quşun,Günəş kimi hər baxışda, nəzərdəsən,İnanmazsan bir özünə gəlsə huşun.Sən bizimlə iyirminci əsirdəsən,Mübarəkdir bu ikinci doğuluşun.Vəzir nədir, şaha layiq qəsrdəsən,Halalxoşun olsun, Vaqif, halalxoşun.

Bu cah-cəlal gələrdimi gümanıma?Dağ titrəyir sədasından gur alqışın.Cıdır düzü dönüb şeir meydanına,Şair gəlib hüzuruna qoşun-qoşun.Qiymət verib qocasına, cavanına,Ağsaqqallı hakimi ol bu yarışın.Qol-qanadsan neçə şeir tərlanına,Halal xoşun olsun, Vaqif, halal xoşun.

Xalq yaşadır bu müqəddəs əməlini,Haqq yolunda bilir nələr çəkib başın.Görmədiyin o günlərin sıx əlini,Bir gör necə cavanlaşıb ömrün, yaşın.Ana vətən ucaldır tunc heykəliniÜrəklərdə heykəlləşən vətəndaşın.Şerin halal südü saydın öz dilini,Şerimizin bəzəyidir hər naxışın.Sən ucaltdın Azərbaycan gözəlini,Halal xoşun olsun, Vaqif, halal xoşun.

Bu təntənə sığışmayır yüz varağa.İnsan kimi üzü gülür, dağın-daşın.Günəş nurdan çələng hörüb bu torpağa,Çəmən-çəmən çiçəyi var hər qarışın.Məclis sənin, söz sənindir, gəl qabağa,Arzusudur bu hər qəlbin, hər baxışın.De ki, şair nəvələrim, bu növrağa,Mənim kimi qoşma deyin, şeir qoşun.Başdan-başa Vətən dönsün çılçırağa,Ömrü keçsin sədaqətlə yazın, qışın.Səcdə qılın bir məsləkə, bir bayrağa,Bir amalla, bir istəklə siz qovuşun.Belə yurda ürək qurban, can sadağa,Aynasıdır azadlığın, qurtuluşun,Belə yurda ürək qurban, can sadağa,Aynasıdır azadlığın, qurtuluşun.Öz gözüylə baxsaydı bu təmtərağa,Bulaq kimi süzülərdi sevinc yaşın.Mavzoleyin işıq saçır Qarabağa,Halal xoşun olsun, Vaqif, halal xoşun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине