Fikrət Əmirovun xatirəsinə
Sən sənət zirvəsiniFəth eləyən qartaldın.Əfsus, səni də əcəlXalqın əlindən aldı.Günəş kim nur saçıbParlayanda qaraldın.Təkcə oğlun Cəmil yox,Musiqim yetim qaldı.Yaslı analar kimiQara geydi sənətim,Əlvida, ey Fikrətim!
Dahiləri cərgədənÖlüm yaman qoparır.“Kürd ovşarı”n hönkürür,“Şur”un fəğan qoparır.Xəzərimin sinəsiDərddən şişib qabarır.
Dostlar səni çiynindəSon mənzilə aparır.“Min bir gecə”yə dönürHər anı bu həsrətin,Əlvida, ey Fikrətim!
Ən layiqli əvəzsənÜzeyirin adına.Bircə gün də olmayıbO düşməsin yadına.Ən çətin imtahandaO yetişib dadına.Yer altında qovuşdunÖz böyük ustadına,Üzeyir yadigarım,Üzeyir əmanətim,Əlvida, ey Fikrətim!
Sən başının tacısanVətənimin, elimin.Nəğməndə cəh-cəhi varŞirin ana dilimin.Kəpəzimin qəddiniƏydi qəfil ölümün.Qar altında qaraldıSuları Göy gölümün.Yasa batdı GəncədəNizamiylə Məhsətim,Əlvida, ey Fikrətim!
Azərbaycan torpağıİstedadlar məskəni.Bu dahilər ocağı,Bu ustadlar məskəni, –Nəğmə kimi köksündəƏzizləyəcək səni.
Ölüm endirə bilməzUcaldığın zirvəni.Sən ey milli sərvətim,Vüqarım, ləyaqətim!Əbədidir şöhrətin,Əlvida, ey Fikrətim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-fikret-emirovun-xatiresine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kənddə bir tanınmış həyət-baca var,Burda günlər keçir sakit, mehriban.
Xəzər çimərliyindəNədir ürəyimi burda incidən? –Çimərlik qapqara, sahil natəmiz.
Uşaq və dənizGün çıxır, od tutub yanır üfüqlər,Dəniz də qızınır göyün odundan.
Gözün götürmürMən atəş, sən quru, soyuq taxtasan,Kükrəyən ilhamı gözün götürmür.
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Kimdən öyrəndinOğrun-oğrun daldalardanBaxmağı kimdən öyrəndin?
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Qəzəl: Ol qədər kar etdi cana atəşi-fürqət banaOl qədər kar etdi cana atəşi-fürqət bana,Nari-dozax güldürür ol atəşə nisbət bana