Axır ağlatdın məni, biganələr gülsün mənə,Şəm tək yaxdın məni, pərvanələr gülsün mənə.

Mən də yalvarram gözüm yaşilə piri-meykədəEylə məst etsin məni, məstanələr gülsün mənə.

Pərtövi-xurşidi-ruyin cami-mey içrə görüb,Ağlaram, qoy dövrədə peymanələr gülsün mənə.

Qorxuram, sirri-dəhanın mey içib faş eyləyəm,Məst olam kim, arifi-meyxanələr gülsün mənə.

Bağla ol zənciri-zülfinlə məni-sərgəştəni,Qoyma kim, səhranişin divanələr gülsün mənə.

Leylivəş zülfündən ayrı istərəm, Məcnun olam,Qoy eşitsin bu sözü, fərzanələr gülsün mənə.

Yıxa bilməzdi, fələk olsaydı, yıxdı hicri-yar,Vahidəm, qoy sakini-viranələr gülsün mənə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви