Cavanlıq eşqinə düşmüş mənim bu pir olan könlüm
Cavanlıq eşqinə düşmüş mənim bu pir olan könlüm,Dəmadəm nazəninlərdən vurur dəm natəvan könlüm.
Dolanmış natəvanlıq dövrünü Xurşidi-ənvərtək,Çıxıbdır pirilik dövründən, olmuşdur cavan könlüm.
Bahar əyyamıdır, hala, vətən bir laləzar olmuş,Görərkən öz gülün bülbül kimi eylər fəğan könlüm.
Ədibə, şairə, rəssamə çox qiymət verir ellər,Məhəbbət zövqünü duyduqca olmuş şadiman könlüm.
Yanır pərvanələr şəmin əgər sevdayi-eşqilə,Dolan sən yar şövqilə olub pərvanə, yan, könlüm.
İnanmır neyləyim, Vahid, mənə istəkli cananım,Ona göstərsə, əlbəttə, özün bir gün yanan könlüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-cavanliq-esqine-dusmus-menim-bu-pir-olan-konlum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könlüm bir ahu gözlü əlindən yaralıdır,Gəlməz kəməndə, Azərbaycan maralıdır.
Bir nazənin bəyənmişəm, əsli qazaxlıdırBir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.
Bilməm, bu nazənin kimin istəkli yarıdır?Bilməm, bu nazənin kimin istəkli yarıdır?Ya hansı bəxtiyarların bəxtiyarıdır!
Uyma, ey könlüm, vüsali-yarə, hicran yaxşıdırUyma, ey könlüm, vüsali-yarə, hicran yaxşıdır,Naz edincə aşiqə zülm etsə canan, yaxşıdır.
Стихи других поэтов · О любви
Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?
Qoymadi rahət olum bir dəm dili-şeyda məniQoymadi rahət olum bir dəm dili-şeyda məni,Eytədi axir fəzayä-eşqdə rüsva məni.
Şahidi-laşərikə ləh şol sənəmin camalıdırŞahidi-laşərikə ləh şol sənəmin camalıdır,Leysə kəmislihi anın nun ilə mimü dalıdır.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,