Çürütdük ömrümüzü bivəfalər eşqində
Çürütdük ömrümüzü bivəfalər eşqində,Rəqibə qəmzə satan məhliqalər eşqində.
Sədaqət ilə vəfa aləmində can qoyduq,Vəfadan əl götürən aşinalər eşqində.
Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,Rəqibə naz eləyən dilgüşalər eşqində.
Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,Bu sərv boylu, bu zülfi-qarələr eşqində.
Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,Biz indi də gəzirik binəvalər eşqində.
Bəlayi-eşqdə hər cövrə dözmüşük, Vahid,Bu daş ürəkli olan dilrübalər eşqində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-curutduk-omrumuzu-bivefaler-esqinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Narazıyam, ey gül, mənə imdad eləsən də,Naşad eləyən könlümü dilşad eləsən də.
Minlərcə gözəl olsa da hər millət içindəMinlərcə gözəl olsa da hər millət içində,Olmaz sənə bənzər, gözəlim, xilqət içində.
Mən aləmə minnət çəkirəm yar həvəsindəMən aləmə minnət çəkirəm yar həvəsində,Yarımsa gəzir şövqlə əğyar həvəsində.
Dün oldum zövqi-meydən eylə kim üftadə bir yerdəDün oldum zövqi-meydən eylə kim üftadə bir yerdə,Özüm bir yerdə düşdüm, məst qaldım, badə bir yerdə.
Стихи других поэтов · О любви
کاندران حقه که سرّیکه نهفتیم شکست
Qəzəl: Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbDilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbCahan tavar olsun, yar əğyar olmasın, yarəb
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
جهان فتح من آخر به نوبهار رسدنهال عیش من آخر به برگ و بار رسد