Minlərcə gözəl olsa da hər millət içində
Minlərcə gözəl olsa da hər millət içində,Olmaz sənə bənzər, gözəlim, xilqət içində.
Hicrində nələr çəkdiyimi, vəslinə yetsəm,Bir-bir sənə ərz eyləyərəm söhbət içində.
Ol zülfi-pərişanə o gündən ki, əsirəm,Məcnun deyilir adıma cəmiyyət içində.
Kuyində səfa çəkməyə yol vermə rəqibə,Yoxdur yeri xain adamın cənnət içində.
Biganə sözün açma mənə, qüssədən ölləm,Bimarə içirtmə zəhəri şərbət içində.
Min cazibə vardır, gözəlim, məst gözündə,İnsan sənə baxdıqca qalır heyrət içində.
Vahid, məni hərdəm ki, görüb dindirir ol şux,Könlüm açılır, ruhum uçur ləzzət içində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-minlerce-gozel-olsa-da-her-millet-icinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əzizim, sevgilim, nazlı nigarım,Züleyxadan gözəl istəkli yarım.
Dedim ki, bir neçə söz yari-məhcamalə yazımDedim ki, bir neçə söz yari-məhcamalə yazım,Dəyişdim hicr qəmin ləzzəti-vüsalə yazım,
Tənuri-atəşi-eşqində yandım, dilkabab oldumTənuri-atəşi-eşqində yandım, dilkabab oldum,İlantək qıvrılıb zülfündən ayrı piçtab oldum.
Ləbin şövqilə, ey gül, maili-cami-şərab oldumLəbin şövqilə, ey gül, maili-cami-şərab oldum,Olub məsti-meyi-eşqin, əcəb xanəxərab oldum!
Стихи других поэтов · О разлуке
İllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Dərdin öldürdü məni, ey növcəvanım, gələ görDərdin öldürdü məni, ey novcəvanım, gələ gör,Həsrətindən oda yandı din, imanım, gələ gör,
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.