Narazıyam, ey gül, mənə imdad eləsən də,Naşad eləyən könlümü dilşad eləsən də.

Öz səhvinə bir vaxt peşiman olacaqsan,Olmaz yetişən dadına, min dad eləsən də.

Sındırmısan, əl vurma sınıq könlümə, zalim,Viranə düzəlməz, necə abad eləsən də.

Vəslin həvəsi indi başımdan necə çıxsın,Zülfündə əsirəm, əgər azad eləsən də.

Öz yarına bax, başqa gözəllər məni sevməz,Bülbül kimi yüz naləvü fəryad eləsən də.

Sən bir mələk olsanda inanmaz sənə könlüm,Şəxsən özünü huri, nərizad eləsən də.

Əğyarə uyub, Vahidə yadlar kimi baxma,Yaddan o çıxarmaz, sən onu yad eləsən də.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе