Dil nalə edər ol güli-xəndanı görəndə,Bülbül gələr əfğanə gülüstanı görəndə.

Görcək o gülün ləblərini rəğbətim artır,Tuti həvəs eylər şəkəristanı görəndə.

Zənciri sevir, gör necə divanədi könlüm!Məcnun olur ol zülfi-pərişanı görəndə.

Şad olsa da vəslin ilə hərdəm dili-aşiq,Əlbəttə, düşər möhnətə hicranı görəndə.

Eşq əhlinin artar, gözəlim, dərdi, məlalı,Əğyar ilə öz sevdiyi cananı görəndə.

Qanı qaralır, tirə olur gözləri birdən,Öz sevgilisi bir işi pünhanı görəndə.

Görcək səni aləm sevinir qaş qaralanda,Ellər sevinirlər məhi-tabanı görəndə.

Vahid, edib ol şux səni zülfünə bəstə,Bilir divanə əsir olmağı zindanı görəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви