«Ancaq Elçibəyçün» silsiləsindən

A göy, a göy, gördünmüdağmı qılınca dəydi,qılıncmı dağa dəydi,dağmı doğdu iyidi,qılıncmı doğdu iyidi?!

Elə doğulan kimi dəİyid qalxdı qılıncaqılınc iyidin dağı,qılınc iyidin göyüydü,qınılc göydə,iyid qılıncda böyüdü.

Bir gün ulduzlara dəyənQılıncın pəncərəsindənBaxdı, düşməni gördü,hamının ölü bildiyidüşmən diridən diriydi,elə görən kimi dəsəsi özündən qabaq,nəfəsi səsindən qabaqdüşmən üstə yeridi.

O çay nə çaydı, a dağ,o göy nə göydü, a dağ,qanı çaya,çayı da qına dönəno bəy nə bəydi, a dağ.

O, Qılınc bəydi, göylər,ölmədi damcı-damcı,bir də yenidən doğmağaqanı apardı Qılıncı,qını apardı qılıncı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов