Xanım! Xanım!Canıma canlar qarışıb,işıqdan görünmür canım,bax, gör, hansı işıqlıdı?!Hə yaman çaşıb qalmısan,bəlkə tamam qaranlığam,bəlkə hamsı işıqlıdı.

Üzündə görünür üzüm,canında görünür canım,əl-ələ durmayaq, xanım,əlsiz duraq, işıqlıdı.Danışmayaq, söz nədi ki?!Söz ancaq vurmaq üçündü,Lap bərk istəsən, bir-ikiSöz de, vuraq, işıqlıdı.

İçək, içəkancaq eşqin sağlığına,içək eşqinşaxı sınmaz şaxlığına,bu dünyada baş əyəkancaq eşqin şahlığına,əyək, başsız şahlıq quraq,başsız duraq, işıqlıdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов