Min il sonra bu dünyadan yadımdahələ də sevincindən civildəyənsevgim qalıb ancaq,Qalanlar unudulub, unudulacaq:

Nə bilim, hansı yeddibaşlı imperiyatək başlı son adamdano tək başını istərkənbir anda bir ah oldu,Nə bilim, hansı avarahəm avara, həm də padşah oldu,hansı ağıllı oyun-oyuncaq,Nə bilim, günəşi xilas etməyəgedən hansı uşaqgöydə də qılınc görən kimiüzünü kimə çevirdi:– Bumu dünya tarixinin qələmi?!Bumu yazıq göyü, yazıq günəşi devirdi?!

Mənimsə, yadımda qalan ancaq:bir gilənarın bütün çiçəkləri,bütün gilənarlarıməntək bir dəlini sevirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов