Son 70-80 ildə yaxından gördüyüm, tanıdığım, əsl həqiqətlərini eşitdiyim böyük və ya dahi adlandırılan adamların əslində, nə boyda olduqlarını düşündükcə dünya tarixinin çox böyük şəxsiyyətləri, hətta dünya tarixinin özü mənə şox cılız, uydurulmuş və qəddar görünür. Bir sözlə, tarix çox əclaf şeydir.

Mən bu sözləri, ölümündən bir neçə il keçsə də, yalnız Natiq Səfərov üçün, onun oxumasından ötrü yazıram, çünki elə bil onun belə bir istəyini hiss eləmiş kimiyəm.

Ancaq o, bəlkə də, bütün dünyalardan, kainatlardan tamam bir qıraqdadı, bizim dünyayla heç bir əlaqəsi yoxdu, heç bunu istəmir də. Ancaq bir təsəllim var, bu yazını yazarkən mən duydum ki, o hardasa, hansı şəkildəsə var. Urra! O var!

Bu həm də mənim ümidimi bir daha dəqiqləşdirir: Biz də olacağıq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов