Bu torpaq, bu dağ, bu dəniz,uçan, qaçan hamımızın,ya gül içrə, ya qan içrədua etməyə son hücrə –Azərbaycan hamımızın.

O, beş-on adamın deyil,Beş-on atanın deyil,Alanın, satanın deyil,Hamımızın, hamımızın,

Xanım-xatın, xanım-banubulaqları göz yaşından,çayları lilindən doğma,ağrısı bağrım başında,tikanı gülündən doğma.

Doğma, doğma, dəli, dəli,Hər yalanı hər gerçəkdən,gerçəyi yalandan doğma,gerçəyi yalandan dəli,min illərin zalımlarıgündə min yol cuşa gəlibcanımı alandan doğma,canları alandan dəli.

Heç sevilməyən hər kəsinSevdirəni də mən oldum,Sevdirdim, mən də vətən oldum,Ölsəm, bir Allah bilməsin,bir də gözləriniz sizin,Mən sizi sevdirməkdən,Sizi sevməkdən öldüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов