Uddum həm ölüm əzabın,həm də ölüm nəfəsin,heç bir ölüm bəyənmədim,diz çöküm, öpüm qəfəsin.

Ölüm olanda nə olar?!Bir az gülərüzlü gəlsin,Kefimizi aça bilsin,O an ölmək istəməsək,«qaç» – deyəndə qaça bilsin.

Deyinməyin, ay bəndələr,bəlkə hələ bilmirsinizbəndələr sabahlıq deyil,çox «Allah, Allah» – da deyib,Allahın vaxtın almayın,sizinki Allahlıq deyil.

Mən gözləyən nəsə, ancaqöl günü gülüb gələcək,ölümlər yolunu kəssə,bu dünyada heç bir kəsəheç bir ölüm qalmayacaq,hamısın ölüb gələcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви