Ölsəydi, indi çatdaq-çatdaqdı dünya
Ən eşqli göyüzünün Səttar Bəhlulzadəsinə
Gözləri göyüzünün gözündəydi onun,işıq kimi gəldi, çiçək kimi bitdi,su kimi çəkildi torpağa getdi.
Gün işığındandı fırçası,ay işığındandı fırçasının köynəyi, donu,Bizdən çox istədi, çox sevdi,Göyüzü çəkib apardı onu,
Çox ölüm, ölüm deyirlər,Ölsəydi: dünyanın bütün torpaqlarıdoldurammazdı onun üz qırışlarını,Ölsəydi, indi çatdaq-çatdaqdı dünya,
Çox ölüm, ölüm deyirlər,Elə bilirlər ölümə gedirHər torpaq altına gedən...
Aldadammaz qara torpaqlar bizi,Nə tikanı, nə gülüylə, nə yaşılı, nə alıyla.Biz yarı mələyik, yarı insan, yarı şeytan,yarı bu dünyadanıq, yarı başqa dünyadan.
Yadındamı, Tanrım, sən sonsuz kədərdin,biz də kədərin balaları,bizi bircə-bircə, tək-təkbu dünyaya qəm dərməyə göndərdinoynamağa göndərəntək?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-olseydi-indi-catdaq-catdaqdi-dunya
Клавиши ← → для перехода, R — случайное стихотворение