Qardaşım ağaclar, bacım çiçəklər,bir də söz tutdu sizi,söz tutdu, sevda qurutdu,üz tutub yüyürməyin mənə sarı,bağlanıb canımın daş qapaqları.

Bu dünyanın bəla qarıları,qala qapıları, daş qapıları,yetim qapıları, boş qapılarıbağlanıb canıma, bağlanıb canım,bağlanıb canımın yaş qapaqları.

Mən söz balasıyam, zalım tifili,sürüşüb alnımdan Allahın əli,daha sən də,sən də ağladammazsan məni,mən zalım adamam,kamança.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов