Onsuz da balacasan, büzüşmə, balaca qadın
Qəmin üzündəsən hələ,Qəmin dibinə düşmə.Büzüşmə, balaca qadın,onsuz da balacasan, büzüşmə!
Balaca bəlalar qoruyurböyük bəlalardan yeri, göyü,Bilmirəm nədəndi ancaqbalaca qadınlara düşür həmişəbəlaların ən böyüyü.
Balaca bir qadın yaşarbir uzaq yalanımda,hara getsəm, neyləsəm,yenə günahkaram yanında.
Nə deyim illərə?! Yəqin indiüzünü illər naxışlayıb,rast olsaq qəfilbaxışları qoymaz «Bağışla» deməyə,heç özü də bilməz niyə,Bəlkə də öz-özünə deyər:– Günah nədi?!
Mən də bilmirəm. Bəlkə də günahsevgini öldürməyə bir bəhanədi.İnsafın olsun, qəmin dibinə düşmə,Büzüşmə, balaca qadın,onsuz da balacasan, büzüşmə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-onsuz-da-balacasan-buzusme-balaca-qadin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu yerişlə, bu duruşlaqarış-qarış hara gedir
Min illər məndə üzən gəmiBu dünyadan bezə-bezə,bir gün də bezib bu candan,
Qəm qəm üstdə alır dəmiQəmə ancaq qəmtək baxma,qəmtək baxanlar yıxılır,
Ölsəydi, indi çatdaq-çatdaqdı dünyaƏn eşqli göyüzünün Səttar Bəhlulzadəsinə*Gözləri göyüzünün gözündəydi onun,
Стихи других поэтов
Ты — султанша на троне в стране красоты,Сусани,
QalmadıDedim, könül, gəl al məndən nəsihət,Zay oldu bədənim, sağ da qalmadı.
Hicran ilə kim, daməni-qəm dəstrəsimdirHicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
AğlaramÇərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.