Sevməkdən çox,sevilmək istəyir hamı,heç olmasa bir quşun,bir uçuşun ürəyindəhamıdan çox sevildiyinbilmək istəyir hamı.

Tam ağıllı adam varmı?!Hamı bir az dəlidi,Ağıl deyilən nəsəelə sevməyə qarşısevməməyin kinidi,ən ağıllı adamlar davallah, billah, ağıllı yox,bir az ağıllı kimidi.

Qəzəbi, nifrəti, kiniyaratmışıq özümüz,Tanrı veribdi sevgini,Şükür elə, sev ki, verib,sevgisində hamıdan çoxgülməli olan adamahamıdan çox sevgi verib,gülməli ol, sev ki, verib.

Axma, ağlama, göz yaşı,sən də, sən də, ay axmaq,sevgi gözləmə sevgiyə,qorxub ağıllanma heç vaxtsevginə gülərlər deyə.

Sev, sevdikcə sevgidən gül,gül, daha çox dəli ol,dəli olduqca ağıllan,ağıllan, daha çox sev,sev, daha çox gülməli ol.

Bil, bil, bu dünyada hər gün,sevib, sevibsevilməmək günüdü,sevilənlər sevənlərçünən gözəl sevgi kolu,sevənlər o kolun üstdəən gözəl sevgi gülüdü.

Axma, ağlama, göz yaşı,göyün sevgi qatındaseviləcəksən axırı,orda Allahın altındasevgi Allahın axarı,orda Allahın altındasevənlər sevilənlərdən,sevgi Allahdan yuxarı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви