Bütün körpələr cənnətdən gəlir. Hər təzə körpə dünyaya göz açan kimi canına daraşan dərdləri görüb qışqırır ki, onu istədiyi dünyaya deyil, səhvən başqa dünyaya gətirdiyini Allah eşitsin. Körpənin ilk qışqırtısı Allaha ilk duası, dünyaya ilk etirazıdır.

Ay bəbə, baxma geri,Allah bilibdi, yeri,hamı dünyaya səntəksəhvən gəlibdi, yeri.

Hamı Allahındı, bil,Allah hamının deyil,Gözünə hər nə dəyir,Allah qurubdu, yeri.

Sənlə enib dərdin də,Ürəyində, dərində-ən şirincə yerində,yurdun hörübdü, yeri.

Dönüb geri baxmağavarmı bir dünyan daha?Sözün varsa Allaha,Allah görübdü, yeri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви