Səninçün neçə yol yerüzünə,neçə yol göyüzünə yıxıldım,neçə yol can verdim, yox oldum,yenə «Canını mənə ver» deyirsən,məndə qalan ancaq quru bədən,canım çoxdan səndə, vətən.

Özləri də bilmədən özgələrəölüm diləyən ölüürəklər, ölübaşlar,ölümüm son xidmətim olacaq sizə,ancaq kim dua edəcək məndən sonrasizin dirilməyinizə?!

Təkcə sən dinmirsən,ən böyük dahiləri dəən gülməli oyuncaqlartək oynadan Dahi,bir kimsən qaldımı bu dünyada,səni kimə tapşırım gedim, İlahi?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти