Gecə ta sübhədək fəryad edər könlüm cərəslər tək,Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək.

Səri-kuyində görsən nəşmi, qəhr etmə, ey zalım,Aparır hər yer olsa seyli-əşkim xarü xəslər tək.

Dolanıb başına, zülfün öpər ol taqi-əbrudən,Sücud eylər üzari-alına ptosporəstlər tək.

O gündən mən dili-divanədən əl çəkmişəm, dilbər,Səgi-guyinlə həmraz olmaq istər bülhəvəslər tək.

Bəhəmdillah ki, düzdi-qəmdən eymendir könül şəhri,Dolanır qanlı peykan onda məşəldar əsəslər tək.

Nigari-bimürüvvət çəkdi təndən oxların bir-bir,Dağılmış xaneyi-dil sərbosor pozğun qəfəslər tək.

Dedim pərran keçə təndən oxun, biçarə bənd oldu,Cigər pərkaləsində qanə qərq olmuş məgəslər tək.

Gözün mərgümləri müjgan oxun hər yanə göndərsə,Duayi-xeyr edər ol mürşidi-sahibnəfəslər tək.

Giribanın tutub məşhər günü Zakir fəğan eylər.Saqınma yetməyə qövrə, xuda, bu qeyri kəslər tək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви