Hər səhər bad əsər, arizi-cananə dəyər,Toxunur sərvə gəhi, gah gülüstanə dəyər.

Olmasa qabil əgər dəhr cəfa verməz ona,Tə’m biləzzət olanda necə dəndanə dəyər.

Şəm gər yansa savadi-şəb üçün heyf olmaz,Şö’ləsi çünki onun arizi-cananə dəyər.

Söhbəti-nakəsü namərd həmin söhbət imiş,Tut ki, bir mərd ətəyin dövləti-xaqanə dəyər.

Sən ki, bir mərdin ucundan nə bəla çəkdin isə,Vəsli-didari onun rəhməti-qüfranə dəyər.

Mən ki, meydani-bəla içrə sərim top edərəm,Ta düşər əldən-ələ axırı çövkanə dəyər.

O nə qəmdir oda bir mərdin ucunda yanasan,Verəsən canını bir canə ki, min canə dəyər.

Canımı atəşi-qürbətdə belə yandırıram,Necə şəm’ə dolanıb hər gecə pərvanə dəyər.

Макта — последний бейт с тахаллусом поэта. ``Nə qədər olsa qoca gərçi Vidadi xəstəYenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви