Səhər-səhər həsrət ilən gəzirdim,Cüt qoşa nar gördüm iki sinədə.Birisi qız idi, birisi gəlin,Can qurban eylərəm ikisinə də.

Gəlin bulaqda əl-üzünu yuyur,Qız deyin gəl gedək, həriflər duyur,Belə gözəl sevən əldənmi qoyur,Can qurban eylərəm ikisinə də.

Gəlnin dodağıdır Təbrizin məti,Əlli-altmış tümən qızın qiyməti,Belə gözəl sevən neylər cənnəti,Can qurban eylərəm ikisinə də.

Gəlinin yaxası polad iynəli,Qızın yaxasıdır çarpaz düyməli.İkisi də bir-birindən öyməli,Can qurban eylərəm ikisinə də.

Kababım olaydı, közüm olaydı,Yar yanında ötkün sözüm olaydı,Vaqif deyir: iki gözüm olaydı,Baxaydım bunların ikisinə də.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви